Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş Mühasib

2000 - 2500 AZN

KredAqro BOKT MMC

Baxışların sayı: 101

Elan #6214

Şəhər
Bakı
Yaş
30 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
07.05.2020
Bitmə tarixi
07.06.2020
Əlaqədar şəxs
Quluzadə İranə
Telefon
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Mühasibat

İş barədə məlumat

- Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək
- Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq
- Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək
- “KredAqro”nun filiallarında ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsinə nəzarət etmək
- Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
- Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək
- Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından silmək
- Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq
- DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim etmək
- Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək

İş şəraiti:
- İş qrafiki: 09:00-dan 18:00-dək (Bazar ertəsi - Cümə)
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı

Namizədə tələblər

- Ali təhsil (Maliyyə üzrə arzuolunandır)
- Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı