Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Böyük audit

Razılaşma

MKT İstehsalat Kommersiya MMC

Baxışların sayı: 52

Elan #3451

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
10.10.2019
Bitmə tarixi
10.11.2019
Əlaqədar şəxs
HR Department
Telefon
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Audit

İş barədə məlumat

• Təyin olunmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
• Biznes proseslərin, biznes və fırıldaqçılıq risklərinin qiymətləndirilməsini həyata keçirdmək;
• Xətti rəhbəri ilə birlikdə yoxlamaların çərçivəsini, forması və proqramını müəyyən etmək;
• Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirdmək;
• Daxili nəzarət sistemini qiymətləndirmək məqsədi ilə müsahibələr keçirdmək və müşahidələr aparmaq;
• Nəzarət mexanizmlərində mövcud olan boşluqları müəyyən edir və tapıntılar üzrə təsdiqləri təqdim etmək;
• Görülən işlər zamanı müşahidələr, audit tapıntıları və riskləri, şərhlər və tövsiyələri özündə əks etdirən hesabatlar hazırlamaq;
• Daxili nəzarət və komplayensin müvafiq səviyyəsini təmin etmək məqsədi ilə daxili qaydalar və prosedurların yaradılması və ya mövcud olduğu təqdirdə təkmilləşdirməsinə dair dəyər verici tövsiyələr vermək;
• Daha az təcrübəyə malik daxili audit şöbəsinin əməkdaşlarının inkişafında iştirak etmək və onların fəaliyyətini qiymətləndirmək.

İş qrafiki: 5 günlük, 09:30-18:30

Namizədə tələblər

• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Daxili Audit, Əməliyyatlar, mühasibatlıq, biznes analizi və ya proqram qiymətləmdirilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların cə təkliflərin təqdim edilməsi bacarığı, rus və ingilis dillərində sərbəst ünsiyyət qurma;
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - Böyük Auditor yazmaqla müraciət edilir.