Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Sex rəisi

Razılaşma

Damla Mebel MMC

Baxışların sayı: 60

Elan #3430

Şəhər
Bakı
Yaş
30 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
09.10.2019
Bitmə tarixi
09.11.2019
Əlaqədar şəxs
HR Department
Telefon
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Digər

İş barədə məlumat

 Təhkim olduğu sex üzrə istehsal prosesinə rəhbərlik etmək;
 Xammalın qəbulu, saxlanılması və istehsal prosesinə istifadəyə verilməsi;
 İş icraçılarının işinə nəzarət etmək, qoyulan standartlara və həcmə uyğun malların istehsalını və qablaşdırılmasını, anbara təhvil verilməsini təmin etmək;
 Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılması, texniki qurğuların və texnoloji avadanlıqların texniki cəhətdən düzgün və səmərəli istifadə olunmasını təmin etmək;
 Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq;
 Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
 Aylıq qoyulan istehsal planını icra etmək;
 İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək.

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Əməkdaşın biliyinə, bacarığına və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək;
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
 İşçilərin daşınması üçün servis xidməti var. (20 Yanvar metrosu, Sumqayıt, Xırdalan)

Namizədə tələblər

 Ali Təhsilli
 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi və kişi namizəd olması arzuolunandır;
 Yüksək idarəetmə və komanda da işləmək bacarığı;
 Problemləri həll edə bilmək və təkliflər vermək;
 Exel, Word proqramlarında işləmək bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.