Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu idxal və ixrac daşınmalarının razılaşdırılmış təyinat nöqtəsinə çatdırılmasını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
Sifariş olunan məhsullar üzrə daşınma instruksiyalarını təchizatçılara və logistika şirkətlərinə təqdim edir.
Məhsulların çatdırılmasını təşkil edir
1C programında məhsullara aid məlumatları və xərcləri qeyd edir.
Məhsulların Bakida gömrük prosedurun keçirilməsi üçün bəyannaməçilərə tələb olunan sənədləri göndərir.
Məsuliyyət sahəsi:
Yük Daşınmaları
1C Məlumat Bazası
Namizədə tələblər
Professional Biliklər
İncoterm standartları
İngilis dili bilikləri
MS Office və 1C programları
Təhsil
Ali təhsil (Nəqliyyat və logistika üzrə dərəcə üstünlükdür)
Logistika üzrə müvafiq sertifikat və ixtisaslaşma
İş Təcrübəsi
Təchizat Zənciri və ya Logistika sahəsində minimum 1 illik təcrübə
Pərakəndə satış sahəsində təcrübə üstünlükdür
Professional Bacarıq və Kompetensiyalar
İşgüzar ünsiyyət bacarıqları
Müzakirə bacarıqları
Analitik düşüncə
Təfərrüatlar və nəticə yönümlü
Zamanın idarə olunması
Problem həll etmə bacarıqları