İş barədə məlumat
Etibarnamələri hazırlamaq və qeydiyyatını aparmaq;
Dövlət qurumlarına, biznes subyektlərinə və digər aidiyyəti qurum və təşkilatlara ünvanlanan məktub və müraciətlərin (ərizə, sorğu və. s) tərtib edilməsi və redaktə edilməsi;
Müqavilələrin və müqavilə əlavələrinin hazırlanması, onlara hüquqi rəy verilməsi, tamlığına/bütövlüyünə, qanunvericiliyə uyğunluğunun yoxlanılması və bunun təsdiqi, eləcədə icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
Müqavilə danışıqlarının hüquqi tərəfdən aparılmasında iştirak etmək, rəy və təklifər vermək;
Müqavilənin icrası zamanı yaranmış problemlərin, risklərin təhlil edilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülərək rəhbərliyə rəy və təkliflərin verilməsi;
Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək;
Müqavilə sənədlərinin arxivlənməsinə və konfidensial saxlanmasına nəzarəti təmin etmək;
Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;
Bütün sənədlərin (müqavilə, yazışma, məktublar) yoxlanılmasını (şirkət direktorunun təsdiqindən öncə) həyata keçirmək;
Müqavilələrə əsasən kreditor borclarla bağlı kontragentlərlə şifahi danışıqların və yazışmaların (pretenziya və bildirişlərin hazırlanması) həyata keçirilməsi;
Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək.