İş barədə məlumat
Lizinq müraciətlərinin təhlili üçün (əsasən aqrar sektor üzrə) borcalandan tələb olunan məlumatların toplanması, yoxlanılması və doğrulanması, zərurət olduqda borcalanla əlavə dəqiqləşdirmələrin aparılması və çarpaz sualların tətbiqi;
Daxil olmuş lizinq ərizələri üzrə müştərinin biznes modelinin və maliyyə göstəricilərinin analizi;
Kredit risklərinin qiymətləndirilməsi (anderraytinq) və risklərin azaldılması məqsədilə müvafiq şərt və təkliflərin hazırlanması;
Müştərinin maliyyə dayanıqlığının və lizinq öhdəliklərini gələcəkdə icra etmək qabiliyyətinin qiymətləndirilməsi, kredit reytinqinin müəyyən edilməsi və qərarın formalaşdırılması;
Xidmət Səviyyəsi Müqavilələrinə (SLA) uyğun olaraq hər müraciət üzrə anderraytinqin operativ aparılması və vaxtında tamamlanmasının təmin edilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: 1100-1200 AZN;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Bakı, Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi