İş barədə məlumat
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: 3500-4000 AZN
İş yeri: Melissa Group (Baş ofis)
Əsas vəzifə öhdəlikləri
Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;
Sifariş verilən mallarla, təhvil verilən malların uyğunluğunu nəzarətdə saxlamaq;
Həftəlik və aylıq satış hesabatı üzrə Firmalarla üzləşmə Aktları tərtib etmək hər iki tərəfə imzalatmaq;
Maliyyə hesabatlarının düzgünlüyünü, vergi, mühasibat uçotu və digər normativ-hüquqi aktlara uyğun aparıldığını yoxlamaq;
Maliyyə və uyğunluq auditlərinin vaxtında həyata keçirilməsini təmin etmək üçün audit prosesini aktiv şəkildə idarə edilməsi;
Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi;
Gündəlik olaraq ödənilən vəsaitin təyinatını araşdirib həqiqiliyini yoxlamaq;
Borcla bağlı uyğunsuzluqları təsbit etmək, nəticəsini aktlaşdırıb Firma Rəhbərliyinə təqdim etmək;
Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir;
Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması;
Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi;
Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması;
İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək.