Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İxracat üzrə Mütəxəssis

1698 AZN

Ulduz Şokolad Fabriki

Baxışların sayı: 10

Elan #20185

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
04.03.2026
Bitmə tarixi
02.04.2026
Əlaqədar şəxs
HR
Kateqoriya
Satış
Alt kateqoriya
Digər

İş barədə məlumat

İş qrafiki: Həftənin 5 günü/ 08:00–17:00 / 08:30–17:30 / 09:00–18:00

Vəzifənin Məqsədi:

Şirkətin ixrac strategiyasının effektiv icrasını təmin etmək, xarici bazarlarda mövcudluğunu genişləndirmək, yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq və beynəlxalq satış həcminin davamlı artımına töhfə vermək.

Əsas Öhdəliklər:

Xarici bazarların sistemli və analitik əsaslarla araşdırılması
Potensial müştəri və distribyutorların müəyyənləşdirilməsi və qiymətləndirilməsi
Yeni müştərilərin cəlb edilməsi və aktiv satış prosesinin idarə olunması
Qiymət siyasəti, müqavilə şərtləri və logistika məsələləri üzrə kommersiya danışıqlarının aparılması
Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması
Razılaşdırılmış sifarişlərin icrasına və çatdırılma prosesinə nəzarət
Xarici müştərilərlə uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması
İxrac göstəricilərinin təhlili və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi

Namizədə Təklif Olunur:

Sabit əməkhaqqı: 1698.29 AZN (Gross)
Aylıq KPİ bonusu: Performansa əsaslanan, bazarda rəqabətqabiliyyətli bonus sistemi.
Nahar ödənişi
Nəqliyyat servisi
İl ərzində sahə üzrə peşəkar təlimlərdə iştirak imkanı
Udemy platformasından istifadə imkanı

Namizədə tələblər

Ali təhsil
Rus dili və ya Ərəb dili – yüksək səviyyədə (yazılı və şifahi)
İxrac və ya beynəlxalq satış sahəsində minimum 2 il iş təcrübəsi
Güclü satış və danışıqlar aparmaq bacarığı
Analitik düşünmə və bazar təhlili qabiliyyəti
Korporativ yazışma və işgüzar ünsiyyət bacarığı
Nəticəyönümlülük və yüksək məsuliyyətlilik
MS Office proqramlarında sərbəst işləmək bacarığı