İş barədə məlumat
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
Kateqoriya idarəetməsi və məhsul portfeli
Kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılması və inkişaf etdirilməsi;
Kateqoriyanın bütün alt-seqmentləri üzrə bazar araşdırmalarını aparmaq, trendləri analiz etmək və optimal çeşid strategiyasını formalaşdırmaq;
Mövsümi məhsullar (Yeni il, Novruz və s.) üçün illik planlama, proqnozlaşdırma və kampaniya təqviminin hazırlanması;
Təchizatçılarla ilkin əlaqələrin qurulması, müqavilələrin hazırlanması, qiymət və şərtlər üzrə danışıqların aparılması;
Kateqoriyanın qiymət siyasətinin formalaşdırılması, rəqabət analizləri əsasında qiymət strategiyasının yenilənməsi;
Stok idarəetməsi: tələb proqnozları, sifariş planlaması, mövsümi pik dövrlərə hazırlıq və Overstock/Stockout risklərinin qarşısının alınması;
Strateji təqdimatların və aylıq performans hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
Tam konteyner (FCL) yükləmələri ilə bağlı planlama və koordinasiya
Qablaşdırma, MOQ, spesifikasiya təsdiqləri, logistika və konteyner yüklənmələri üzrə təchizatçılarla koordinasiya
Təminatlar:
Peşəkar inkişaf və təlim imkanları
Korporativ mühit və güclü komanda ilə çalışma imkanı
Karyera yüksəlişi
Rəqabətədavamlı əmək haqqı
Nahar ilə təmin edilmə;
KPI sisteminin tətbiqi;
Korporativ mobil nömrə.