Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Daxili nəzarət və təftiş üzrə kiçik mütəxəssis

Razılaşma

Baku Electronics

Baxışların sayı: 16

Elan #20152

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
19.02.2026
Bitmə tarixi
17.03.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Audit

İş barədə məlumat

Mağazalarda və Mərkəzi anbarda mövcud olan mal qalığının, eləcə də xəzinələrdə olan qiymətlilərin (nağd pul vəsaiti, hədiyyə kartları və s.) sayımının aparılması;
ERP sistemindən hesabatların əldə edilməsi və faktiki nəticələrlə müqayisəsinin həyata keçirilməsi;
Mağaza və Mərkəzi anbarda mövcud malların satışa yararlılıq vəziyyətinin müəyyən olunması üçün texniki baxışların keçirilməsi;
Xüsusi meyarlar əsasında mağazalarda müşahidələrin aparılması, işçi heyətinə sualların verilməsi və fəaliyyətin qiymətləndirilməsi;
Servis tərəfindən satışa yararsız hesab edilən malların məhv edilməsi prosesində iştirak və aktlaşdırılmanın təmin olunması;
Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətinin monitorinqi;
Görülmüş işlər üzrə ilkin hesabat məlumatlarının hazırlanması və rəhbərliyə təqdim olunması, təqdim edilən məlumatlarla bağlı sualların cavablandırılması;

Namizədə tələblər

Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Analitik düşünmə və təqdimat bacarığı;
Operativ və düzgün qərarvermə bacarığı.