Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Data Analitika üzrə mütəxəssis

Razılaşma

Prosys LLC

Baxışların sayı: 18

Elan #20100

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
02.02.2026
Bitmə tarixi
01.03.2026
Əlaqədar şəxs
HR
Telefon
E-mail
hr@prosys.az
Kateqoriya
İnformasiya Texnologiyaları
Alt kateqoriya
Proqramlaşdırma

İş barədə məlumat

Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, tələblərin müəyyən edilməsi və təhlili;
Biznes tələblərinin qeydə alınması, analiz edilməsi və SCRUM komandasına ötürülməsi;
Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (funksional spesifikasiyaların yazılması və yaradılması);
Proses modellərinin sxemlər vasitəsilə qurulması və təsviri;
Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi;
Müxtəlif mənbələrdən (ERP, CRM, DB, Excel və s.) məlumatların toplanması və təmizlənməsi;
Analitik hesabatların və dashboardların hazırlanması (KPI, trend, performans göstəriciləri);
Biznes proseslərinin data əsaslı təhlili və təkmilləşdirmə üzrə təkliflərin verilməsi;
Proqnozlaşdırma və modelləşdirmə proseslərində iştirak;
Rəhbərlik üçün icmal hesabatların və təqdimatların hazırlanması;
Məlumat keyfiyyətinə nəzarət və optimallaşdırma;
Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
Biznes tələblərinə uyğun hesabat və dashboardların hazırlanması;
Hazırlanmış analitik hesabatların test edilməsi;
Proqram təminatlarında zəruri konfiqurasiyaların aparılması;
Yeni texnologiyalar üzrə biliklərin daim yenilənməsi;
Sifarişçilər üçün məhsul təqdimatlarının keçirilməsi.
İş şəraiti:

İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00
İstirahət günləri: şənbə, bazar
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədə tələblər

İnformasiya Texnologiyaları, Biznesin İdarəedilməsi, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
İT layihələrinin idarə edilməsi və biznes analitikası sahəsində minimum 3 il iş təcrübəsi;
Apache Superset, Tableau, Power BI kimi BI alətlərindən ən azı biri üzrə təcrübə;
SQL bilikləri (PostgreSQL / MS SQL / Oracle üstünlükdür);
Excel / Google Sheets – yüksək səviyyədə bilik;
Agile və SCRUM metodologiyaları haqqında biliklər;
Statistik analiz və əsas analitik metodların anlayışı;
Məlumatlarla işləyərkən diqqətlilik və sistemli yanaşma;
Proqramlaşdırma və layihə idarəetməsi texnologiyaları üzrə biliklər;
Biznes və texnoloji tələbləri anlama bacarığı;
Texniki tapşırıqların hazırlanması və onlar üzərində işləmək bacarığı;
Araşdırma aparmaq və effektiv kommunikasiya bacarığı;
Analitik düşüncə və nəticələri aydın şəkildə izah etmə bacarığı;
Komandada işləmək, müstəqil qərarlar qəbul etmək və stres altında işləmək bacarığı;
Ünsiyyət və təqdimat bacarıqları;
Texniki ingilis dili biliyi, rus dili biliyi üstünlükdür.