Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

DevOps Mühəndisi

Razılaşma

NBCO KredAqro

Baxışların sayı: 50

Elan #20009

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
12.01.2026
Bitmə tarixi
08.02.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Xidmət
Alt kateqoriya
Müxtəlif

İş barədə məlumat

İnfrastrukturumuzu müşayiət edəcək və inkişaf etdirəcək DevOps mühəndisi axtarırıq. Hal-hazırda infrastruktur Windows Server (tətbiqlər, MSSQL bazaları) və Linux (Nginx) üzərində qurulmuş virtual və fiziki serverlərdən ibarətdir. Əsas vəzifələr mövcud mühitin dəstəklənməsi və optimallaşdırılması, proseslərin avtomatlaşdırılması və bəzi xidmətlərin Linux və Kubernetes-ə tədricən miqrasiyasını əhatə edir.
Vəzifə və öhdəliklər

Windows Server və Linux serverlərinin idarə olunması və optimallaşdırılması
MSSQL verilənlər bazasının dəstəklənməsi və inkişaf etdirilməsi
Veb xidmətlər və balanslaşdırıcıların qurulması və idarə olunması (IIS, Nginx, Apache, HAproxy)
Rutin vəzifələrin avtomatlaşdırılması (PowerShell, Bash, Python)
CI/CD proseslərinin qurulması və dəstəklənməsi (GitLab CI/CD, Jenkins, Azure DevOps)
Monitorinq və loglama alətlərinin qurulması və idarə olunması (Prometheus, Grafana, ELK Stack)
İnfrastrukturun etibarlılığı və təhlükəsizliyinin təmin olunması
Hadisələrin araşdırılması və aradan qaldırılması, təkrar baş verməsinin qarşısının alınması
İnkişaf komandaları və digər bölmələrlə əməkdaşlıq
SLA-ya uyğun sistemin fasiləsiz işləməsinin təmin olunması

İş şəraiti

İş qrafiki: (Bazar ertəsi - Cümə / Tam ştat)
Məsafədən və ya ofisdə işləmək imkanı
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
Mövcud infrastrukturla iş və onun inkişafında iştirak
Təcrübəli mühəndis komandası ilə işləmək və öyrənmək imkanı

Namizədə tələblər

Ali təhsil
DevOps sahəsində 3-5 il iş təcrübəsi
Azərbaycan dili (əla), Rus dili (əla); İngilis (orta)
Windows Server administrasiyası üzrə təcrübə (IIS, Active Directory, PowerShell)
Linux (Ubuntu/CentOS) sistemləri, xidmətləri və şəbəkə protokolları (TCP/IP, HTTP, SSL/TLS) ilə iş bacarıqları
MSSQL ilə təcrübə (ehtiyat nüsxələr, optimallaşdırma, indeksləşdirmə) və RabbitMQ üzrə biliklər
Avtomatlaşdırma bacarıqları (PowerShell, Bash, Python; Ansible və bənzərləri üstünlükdür)
Infrastructure as Code prinsiplərini anlamaq
Komanda şəklində işləmək və həmkarlarına dəstək vermək bacarığı
Üstünlük sayılır

CI/CD proseslərinin qurulması və dəstəklənməsi üzrə təcrübə
On-premise Kubernetes ilə işləmə təcrübəsi
PostgreSQL və Cassandra üzrə biliklər