İş barədə məlumat
ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən fərdi sahibkar və hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
Hüquqi şəxs hesabları üzrə əməliyyatlar aparmaq;
Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra etmək;
Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat vermək/xidmət göstərmək;
Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrini aparmaq;
Tələblər
Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
Azərbaycan və rus dillərində səlis nitq və fikirlərini izah etmə bacarığı;
Minimum 6 ay korporativ xidmət təcrübəsi arzuolunandır;
Ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti
İmtiyazlar
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri;
Peşəkar komanda ilə işləmək fürsəti;
Həyat Yığım sığortasından istifadə etmək imkanı;
Tibbi sığorta paketi