Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Məhkəmə işləri üzrə Hüquqşünas

Razılaşma

Finca Azerbaijan

Baxışların sayı: 134

Elan #19970

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
05.01.2026
Bitmə tarixi
04.02.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Hüquq
Alt kateqoriya
Hüquqşünas

İş barədə məlumat

Təsvir:

FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Məhkəmə işləri üzrə Hüquqşünas vəzifəsini elan edir.
Əsas öhdəlikləri:

• Təşkilatın mövqeyinin lazımi qaydada müdafiə olunması istiqamətində bütün daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;
• Məhkəmə proseslərində, İcra şöbələrində və digər dövlət və özəl Təşkilatlarda Təşkilatın maraqlarını müdafiə etmək, Məhkəmə proseslərindən sonra həmin prosesin gedişatı və nəticəsi barədə birbaşa Rəhbərinə məlumat vermək, regionlara məhkəmə proseslərində iştirak etmək məqsədi ilə davamlı olaraq səfərlər etmək;
• Məhkəmə aktları məhkəmə tərəfindən rəsmi olaraq Təşkilata göndərilmədikdə onların alınması üçün bütün mümkün tədbirləri görür, şifahi və yazılı müraciətlər etmək;
• İcraatında olan işlərin icrası vəziyyəti barədə Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək;
• Məhkəmədən, hüquq mühafizə orqanlarından və digər dövlət orqanlarından gələn sorğu və məktubların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə cavablandırılması üçün tədbirlər görmək.
• Bilavasitə tabe olduğu Şöbə rəhbərinin bütün digər tapşırıqlarını icra edir.
• Qeyd: qeyd olunan öhdəliklərdən yalnız birin, bir necəsinin və ya proporsional qaydada hamısının verilməsi Departament daxilindəki iş bölgüsünə uyğun olaraq Departament rəhbəri tərəfindən birtərəfli qaydada müəyyən edilir.

İmtiyazlar:

Tibbi Sığorta (işçini əhatə edən)
Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü
Peşəkar beynəlxalq iş mühiti

Namizədə tələblər

• Hüquqşünas ixtisası üzrə ali təhsil;
• Hüquq sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual və bank qanunvericiliyini lazımı səviyyədə bilməli;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• MS Office proqramlarını yaxşı səviyyədə bilmək.
Vakansiya haqqında:

Vakansiya növü Tam ştat
Təcrübə 3-4 il
Vəzifə dərəcəsi Mütəxəssis