İş barədə məlumat
1C:Enterprise 8.x platformasında yeni funksionallıqlar, modullar, formalar və reyestrlər hazırlamaq, mövcud konfiqurasiyaları optimallaşdırmaq.
HR, Maliyyə, Mühasibat, Satış, Anbar və digər biznes proseslər üzrə tələbləri toplamaq, təhlil etmək və texniki həllərə çevirmək.
Texniki tapşırıq (TT) hazırlamaq, dizayn edilmiş həllər üzrə test ssenariləri yaratmaq və funksionallığın sınağını aparmaq.
Sistemdə yaranan proqram və məlumat bazası xətalarını analiz edib operativ şəkildə aradan qaldırmaq.
1C ilə digər sistemlər arasında (ERP, HRM, CRM, bank API-ləri, e-gov portalları) inteqrasiya yaratmaq və məlumat mübadiləsini təmin etmək.
XML/JSON, CSV, Excel formatlarında məlumat idxal/ixrac modullarını hazırlamaq və optimallaşdırmaq.
DCS və Query Language istifadə edərək analitik hesabatlar, dashboard-lar və rəhbərlik üçün məlumat çıxarışları hazırlamaq.
İstifadəçilərin texniki sorğularına cavab vermək, sistem istifadəsi üzrə qısa təlim və izahlar təqdim etmək.
Sistem versiyalarının idarə edilməsi, kod review, optimizasiya və development standartlarına əməl olunmasını təmin etmək.
Məlumat təhlükəsizliyini, istifadəçi hüquqlarını və sistemin stabil işləməsini qorumaq, ehtiyat nüsxə və arxivləşdirmə proseslərində iştirak etmək.