Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib-xəzinədar

Razılaşma

Avant Group

Baxışların sayı: 36

Elan #19895

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
11.12.2025
Bitmə tarixi
11.01.2026
Əlaqədar şəxs
Vusala Racabova
Telefon
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Mühasibat

İş barədə məlumat

• Nağd pul vəsaitlərin qəbulu, saxlanması, uçotu və təhvili ilə bağlı əməliyyatları onların qorunmasını təmin edən qaydaları riayət edərək həyata keçirmək.
• Müəyyən olunmuş nağd ödənişlərin aparılması üçün bank təşkilatlarından pul vəsaitlərini almaq bununla bağlı sənədləşməni aparmaq
• Mədaxil və məxaric sənədləri əsasında Xəzinə Kitabını aparmaq.
• Xəzinədə qalan pul vəsaitlərin və kassa kitabında qalıq göstəricilərinin uyğunluğunu yoxlamaq
• Xəzinə hesabatını tərtib etmək.
• Ona təhvil verilmiş pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanılmasına dair bütün müvafiq tədbirləri görmək və nağd pul vəsaitlərin saxlanmasına təhlükə yaradan halların mövcudluğunu aşkar etdikdə, bu barədə Birbaşa Rəhbərə məlumat vermək.
• Nağd pul vəsaitlərin saxlanılması, təhvil verilməsi, alması, daşınması və bu vəsaitlərlə bağlı digər əməliyyatlar və pul vəsaitlərin mühafizə tədbirləri barəsində məlumatı üçüncü şəxslərə yaymamaq.
• Nağd və nağdsız şəkildə olan bütün pul vəsaitlərinin dövriyyəsini (pulların mədaxili və məxarici) təşkil etmək və ERP sistemində əks etdirmək
• Aylıq/rüblük/illik pul axının hesabatını hazırlamaq
• Aylıq/rüblük/illik kreditlər üzrə borcların və faizlərin hesabatını hazırlamaq
• Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
Əlavə məlumat:
• İş qrafiki: 5/2, 09:30-18:30
• Nahar şirkət tərəfindən təmin edilir
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı
• İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C

Namizədə tələblər

Tələblər:
• Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
• Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi
• Maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər
• Maliyyə qanunları və qaydaları
• Maliyyə səmərəliliyi göstəricilərini (məsələn: müqayisəli maliyyə nəticələri, tendensiyanın təhlili)
• Maliyyə uçotu və əlaqədar sistemlər
• ACCA, CİMA, CPA diplom üzrə sertifikatlar