İş barədə məlumat
Şirkətimiz tibbi məhsullar və sağlamlıq yönümlü yeni xidmətlər barədə məlumatlandırıcı fəaliyyət göstərəcək həkim əməkdaşlar axtarır. Bu vəzifə həm mövcud tibbi biliklərinizi praktiki şəkildə tətbiq etməyə, həm də maarifləndirici sahədə təcrübə qazanmağa imkan yaradır.
Vəzifə öhdəlikləri
Tibbi məhsulların, prosedurların və konsepsiyaların həkim və istifadəçi auditoriyasına izahı
Maarifləndirici təqdimatların keçirilməsi
Sahə üzrə sualların cavablandırılması və düzgün tibbi məlumatın təmin edilməsi
Yeni tibbi məlumatların öyrənilməsi və tətbiqi