İş barədə məlumat
Mağaza planlarını təhlil etmək və kommersiya komandasına uyğun olaraq yeni stendlərin yerləşdirilməsi üzrə təkliflər hazırlamaq;
AutoCAD proqramında plan və çertyojların hazırlanması, lazım olduqda 3ds Max-da 3D vizuallaşdırmaların edilməsi;
Stendlər üçün texniki tələblərin müəyyən edilməsi: elektrik xətləri, işıqlandırma, LAN/data bağlantıları, mexaniki və konstruktiv tələblər və s.;
Vendorlar və mağaza texniki komandası ilə koordinasiya edərək stendlərin düzgün quraşdırılmasını təmin etmək;
Material seçimi, istehsal və quraşdırma mərhələlərində texniki dəstək göstərmək;
Yeni mağazaların açılışı, relokasiya və renovasiya layihələrində dizayndan icraya qədər bütün proseslərdə iştirak etmək;
Kommersiya, retail və marketinq komandaları ilə mütəmadi əməkdaşlıq edərək layihələrin vaxtında icrasını təmin etmək;
Mağaza sahəsinin daha səmərəli istifadəsi üçün həllər hazırlamaq və infrastrukturun optimallaşdırılmasına dair təkliflər irəli sürmək.