Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Xəzinədar

600 AZN

Radius MMC

Baxışların sayı: 85

Elan #19840

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Qadın
Təhsil
Orta
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
21.11.2025
Bitmə tarixi
20.12.2025
Əlaqədar şəxs
HR
Telefon
E-mail
hr@radius.az
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Xəzinədar

İş barədə məlumat

Kassa və maliyyə əməliyyatları:
- Nağd və qeyri-nağd ödənişlərin (POS-terminal, nağd pul, bank köçürməsi və s.) qəbulu və düzgün uçotunun aparılması
- Mədaxil və məxaric orderlərinin tərtibi və məlumat bazasına əlavə olunması
- Günlük kassa qalığının və hesabatların düzgünlüyünün yoxlanılması, nəticələrin mühasibatlığa təqdim edilməsi
- Kassada olan pul və qiymətli kağızların qorunması qaydalarına riayət edilməsi

Sənədləşmə və hesabatlılıq:
- Qaimə, təhvil-təslim aktlarının və sığorta blanklarının arxivləşdirilməsi və uçotunun aparılması
- Kassa aparatının fasiləsiz fəaliyyətinə nəzarət və texniki xidmətə vaxtında məlumat verilməsi
- Əskinaz yoxlayan və hesablayan cihazlardan düzgün istifadə, saxta əskinazların vaxtında aşkarlanması

Müştəri xidməti və kampaniyalar:
- Müştəri ödənişlərinin qəbulu və təsdiq sənədlərinin təqdim olunması
- Radius+ loyallıq proqramı çərçivəsində kartların verilməsi
- Müştəri məlumatlarının və əməliyyatlarının məxfiliyinə ciddi riayət olunması
- Kommersiya sirrinin qorunması

İş şəraiti:
- İş qrafiki: növbəli
- İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
- Əmək münasibətləri: rəsmi əmək müqaviləsi əsasında
- Nahar şirkət tərəfindən qarşılanır
- Şirkət: Radius Təkər Mərkəzi

Namizədə tələblər

Cins: Xanım
- Orta ixtisas və ya ali təhsil
- Rus dilini bilənlərə üstünlük veriləcək
- Kassir və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
- 1C, POS-terminal və digər kassa proqramlarında işləmək bacarığı
- Dürüstlük, məsuliyyət, dəqiqlik və diqqətlilik
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
- Komandada işləmək bacarığı.