Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan Resursları üzrə Assistent/HR Assistant

Razılaşma

Azerbaijan United Carriers (AUC)

Baxışların sayı: 795

Elan #19669

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
14.10.2025
Bitmə tarixi
14.11.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
İnzibati
Alt kateqoriya
HR

İş barədə məlumat

• Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
• İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
• İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
• Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);
• İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
• Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
• İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
• Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
• Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
• Müvafiq hesabatların rəhbərliyə təqdim olunması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.



İş şərtlərimiz:
• Əmək haqqı: müsahibə əsasında;
• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:30-17:30;
• İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4
• Servis xidməti mövcuddur.

Namizədə tələblər

• Təhsil: Ali;
• İş təcrübəsi: müvafiq sahədə 1 ilədək;
• AR Əmək Məcəlləsi üzrə biliklər;
• İR əməliyyatları sahəsində bilik və təcrübə;

Təcrübəsi olmayan namizədlər də müraciət edə bilərlər, baxıb dəyərləndiriləcək.