Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İxtiopatoloq

800 - 900 AZN

Azerbaijan fish farm

Baxışların sayı: 54

Elan #18941

Şəhər
Bakı
Yaş
21 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
07.04.2025
Bitmə tarixi
07.05.2025
Əlaqədar şəxs
HR
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Digər

İş barədə məlumat

Vəzifə üzrə öhdəliklər:
- AFF-in ixtiopatoloqunun təlimatına və tövsiyələrinə uyğun olaraq:
- Təsərrüfatda balıq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirləri icra etmək;
- Təsərrüfatda balıqlar arasında baş verən xəstəliklərin etiologiyası və patologiyasını öyrənmək;
- Balıqların sağlamlaşdırılması yollarını təhlil etmək və sağlamlaşdırıcı tədbirləri icra etmək;
- AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların müayinəsi və müalicəsi üzrə digər tədbirləri icra etmək;
- Müalicə və profilaktik tədbirlər zamanı tətbiq edilən baytarlıq preparatlarının istifadəsinin qeydiyyatını aparmaq və AFF-in ixtiopatoloquna hesabat vermək;
- Balıqların genetik müayinələri üzrə tədbirləri həyata keçirmək;
- AFF-in təsərrüfatına gətirilən (və ya xaricdən idxal edilən) bioloji materialların xəstəliklərə görə sağlam təsərrüfatdan tədarük olunması prosesində iştirak etmək və yeni qəbul olunmuş bioloji materialların karantin tədbirlərini icra etmək;
- AFF-in laboratoriyalarında balıq xəstəliklərinin araşdırılması üçün müayinələr aparmaq;
- İllik müalicə və profilaktika üzrə tədbirlər planını tərtib etmək.

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Neftçala rayonu
- Əmək haqqı: müsahibə əsnasında müəyyən olunacaqdır.

Namizədə tələblər

Vəzifə üzrə tələblər:
- Ali təhsil (İxtiopatologiya, baytarlıq, ixtiologiya, balıqşünaslıq və ya buna uyğun sahələr üzrə);
- Müvafiq sahədə ən azı 6 ay iş təcrübəsi;
- Üstünlük verilən sənaye sektoru: Kənd təsərrüfatı məhsullarının istehsalı.
- Problem həll etmə və analiz bacarıqları;
- Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
- Detallara diqqətli olmaq;
- İcra və təşkilatçılıq qabiliyyəti;
- İş prioritetlərini düzgün təyin edə bilmək;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını bilmək;
- Baytarlıq, laboratoriya, ixtiologiya, epidemiologiya üzrə sertifikatlarının olması arzuolunandır;
- Rus dili biliyi arzuolunandır.