Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Satış təmsilçisi

800 AZN

Vip Doors MMC

Baxışların sayı: 82

Elan #18588

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Qadın
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
23.12.2024
Bitmə tarixi
23.01.2025
Əlaqədar şəxs
Vip Doors MMC
Telefon
Kateqoriya
Satış
Alt kateqoriya
Satıcı

İş barədə məlumat

“VİP DOORS” komandamız üçün ofis və showrooma işçilər tələb olunur!
“Satış təmsilçisi” vakansiyası üçün işəqəbulu açıq elan edirik!

Vakansiya üzrə vəzifə təlimatı:
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı məlumat vermək;
- Müştərilərə mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
-Şirkətin müştəri xidməti standartlarının mağazada icrası üzrə irad və təkliflərini rəhbərlik ilə bölüşmək;
-Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
-Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək.
-Müştərilərə özəl xidmət göstərilməsində birbaşa iştirak etmək və şirkət qaydalarına uyğun yönləndirmək;
- Mağazadakı məhsulların nizamından məsuliyyətli olmaq və mağaza daxili vizual qaydalara əməl etmək;
- Müştərilərlə işgüzar münasibətlər yaratmaq və davam etdirmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi bazar ertəsi-şənbə (09:00-18:00), həftədə bir gün istirahət günü;
- Əmək haqqı: 800 azn net + bonus;
-İş yeri: Lökbatan qəs., Abşeron Ticarət Mərkəzi;
-Korparativ nömrə və email şirkət tərəfindən verilir;
-Mağazamız yüksək standartlara cavab verən qapıların satışı ilə məşğuldur.

Namizədə tələblər

Namizədə tələblər:
-Təhsil: orta ixtisas və ya ali təhsil;
- Yaş aralığı: 25-35;
- Xanım əməkdaş tələb olunur;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini səlis bilməli;
- Kompüter və ofis avadanlıqlarından istifadə;
- İşgüzar ünsiyyət etikası;
- İnandırma qabiliyyəti yüksək, gülərüzlü, insanlarla tez ünsiyyətə girəbilən, komandada işləmə bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək.

Vakansiya ilə maraqlanan namizədlərdən cv-lərini mövzü hissəsində “Satış təmsilçisi” qeyd edərək elvusal.mahmudov@vip-doors.az elektron ünvanına göndərməsi xahiş olunur.
Suallarınızla bağlı 0553989891 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.