Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resurslarının idarə edilməsi üzrə menecer

1500 - 2500 AZN

Karaca

Baxışların sayı: 485

Elan #18065

Şəhər
Bakı
Yaş
35 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
13.09.2024
Bitmə tarixi
12.10.2024
Əlaqədar şəxs
HR
E-mail
hr@krc.az
Kateqoriya
İnzibati
Alt kateqoriya
Heyətin idarə olunması

İş barədə məlumat

• İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
• İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
• Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
• İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
• Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
• Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi;
• İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi.
İş şərtləri: həftə içi 5 iş günü, 10:00-dan - 18:00-dək
Şənbə günü : 10:00-dan 14:00-dək
Nahar yeməyi şirkət tərəfindən verilir.
Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə tələblər

• Ali təhsil;
• Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
• İnsan resursları sahəsində təcrübə minimum 5 il;
• İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması
• İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
• Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini qeyd olunmuş elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resurslarının idarə edilməsi” şəklində göstərməyiniz xahiş olunur.

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.