Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib (mal-material üzrə)

1800 AZN

Avant Group MTK

Baxışların sayı: 186

Elan #17495

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
08.07.2024
Bitmə tarixi
08.08.2024
Əlaqədar şəxs
Vusala Racabova
Telefon
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Mühasibat

İş barədə məlumat

• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələbi təmin etmək;
• 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkətini izləmək;
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
• Anbar qaiməsi və elektron qaimə-fakturalarının arasındakı fərqin yoxlanılması təmin etmək;
• Debitor və kreditorlarla üzləşmələrin aparılmasını təmin etmək;
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsini təmin etmək;
Əlavə məlumat:
• İş qrafiki: 5/2, 09:30-18:30
• Nahar şirkət tərəfindən təmin edilir
• Əmək haqqı: 1500-1800 AZN net

Namizədə tələblər

• Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
• Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;
• 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
• MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli.