Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Planlama mühəndisi

1000 - 2000 AZN

SMTS MMC

Baxışların sayı: 29

Elan #1732

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
15.04.2019
Bitmə tarixi
15.05.2019
Əlaqədar şəxs
HR Department
Telefon
E-mail
hr@smts.az
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Mühəndis

İş barədə məlumat

1. Planlama mühəndisi bir başa Satınalma və planlama menecerinə tabedir.
2. Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
3. Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə Rəhbərinə ötürülməsi;
4. Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
5. Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
6. Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
7. Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq;
8. Gecikən işlərin yenidən planlanması;
9. Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
10. Müqavilə paketlərinə görə aralıq ödəmə sertifikatlarının hazırlanması;
11. Gördüyümüz işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması.

- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək
- Nahar şirkət tərəfindən verilir

Namizədə tələblər

• İnşaat və ya layihə idarəetmə üzrə ali təhsil
• Planlama Mühəndisi olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
• Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli
• MS Office, Primavera P6, MS Project 2010
• Problem həll etmə, analitik düşünmə qabiliyyəti
• İşgüzar ünsiyyət bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Planlama Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.