Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

HR strategiyalarının hazırlanması və həyata keçirilməsi

Razılaşma

Newdute mmc

Baxışların sayı: 145

Elan #16916

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
01.05.2024
Bitmə tarixi
01.06.2024
Əlaqədar şəxs
Narin xanim
Telefon
Kateqoriya
İnzibati
Alt kateqoriya
HR

İş barədə məlumat

• Şirkətin təşkilati strukturunun yaradılması və optimallaşdırılması (müasir HR texnologiyalarının tətbiqi);
• Vakant yerlər üçün iş elanları hazırlanması və elanların saytlarda yerləşdirilməsi (bazanın artımı);
• Kadrların işə qəbulu və qiymətləndirilməsi, yeni işçilərin uyğunlaşdırılması;
• Əmək qanunvericiliyi ilə işləmək, kadr sənədlərinin aparılması;
• İşə qəbul və işdən azad olunan işçilərin sənədləşməsinin təşkil edilməsi, elektron hökumət portalında müvafiq əməliyyatların icrası, əmək kitabçalarında qeydiyyatın aparılması;
• Prosedur qaydalarının və vəzifə təlimatlarının hazırlanması;
• İşçilərin aylıq davamiyyət cədvəlinin tərtib olunması, məzuniyyət cədvəlinin hazırlanması, izlənməsi və sənədləşmənin həyata keçirilməsi;
• Hesabatların tərtib olunması və müxtəlif qurumlardan daxil olan müraciətlərin cavablandırılması və s.
İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.

Biz təklif edirik:
• Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək;
• Peşəkar və karyera yüksəlişi üçün imkanlar;
• Rəqabətli əməkhaqqı və müavinətlər paketi.

Namizədə tələblər

• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli;
• E-Gov hökümət portalı və ƏMAS , Microsoft ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Əla ünsiyyət bacarıqları və komandada işləmək bacarığı;
• Strateji planlaşdırma, analitik düşünmə bacarığı;
• Detallara diqqət, məsuliyyət və işə proaktiv yanaşma;
• Dinamik mühitdə və təzyiq altında işləmək bacarığı.