Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Proqram təminatının tətbiqi üzrə mühasib

2000 - 2500 AZN

Prosys MMC

Baxışların sayı: 91

Elan #16805

Şəhər
Bakı
Yaş
30 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
18.04.2024
Bitmə tarixi
17.05.2024
Əlaqədar şəxs
HR
Telefon
E-mail
hr@prosys.az
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Mühasibat

İş barədə məlumat

Prosys MMC-nin ERP proqram təminatının inkişaf etdirilməsi istiqamətində aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
• Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili;
• Biznes tələblərin qeydə alınıb analiz olunaraq proqramçılara ötürülməsi;
• Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması;
• Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması);
• Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri;
• Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
• Texniki tapşırıqların proqramçılar ilə müzakirə edilməsi;
• Tələblərin izlənilməsi;
• Biznes tələblərinə görə hesabatların hazırlanması;
• Yeni funksionallığın test olunması;
• Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması;
• Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi.

İş şəraiti:
İş vaxtı: həftənin 5 iş günü, saat 09:00-dan - 18:00-dək
İstirahət günləri: şənbə, bazar günləri
Əməkhaqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Namizədə tələblər

• Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
• Qanunvericiliyə uyğun mühasibat uçotunu əla bilmək;
• Qanunvericiliyə uyğun vergi uçotunu əla bilmək;
• Qanunvericiliyə uyğun idarəetmə uçotunu əla bilmək;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Mühasibatlıq sahəsində 10 illik təcrübə;
• Baş mühasib sahəsində 5 illik təcrübə;
• ERP proqram təminatının istifadəsində 10 illik təcrübə;
• ERP layihələrinin tətbiqində iştirak etmiş olmaq;
• ERP proqram təminatının tətbiqi üzrə Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
• Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
• Biznes və texnologiyanın tələblərini anlamaq;
• Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər;
• Agile və SCRUM haqqında biliklər;
• Rus/ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
• SQL, PL/SQL üzrə biliklər;
• Balsamiq Wireframes, Jira, MS - office Visio proqram təminatlarını yaxşı bilmək;
• Problemlərin həll edilə bilməsi və analitik təfəkkür.

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində Tətbiqçi mühasib yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.