Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Korporativ kredit üzrə satış mütəxəssisi

800 - 1000 AZN

Bank Avrasiya ASC

Baxışların sayı: 144

Elan #16699

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
08.04.2024
Bitmə tarixi
06.05.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

• Korporativ müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini;
• Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi;
• Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi;
• Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi;
• Müştəri sənədlərinin və hesabatlarının hazırlanması və Kredit Komitələrinə təqdim edilməsi;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi;
• Qarşıya qoyulmuş aylıq/illik planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi.

İş şəraiti:
İş qrafiki: həftə içi 5 iş günü, 09:00-dan - 18:00-dək

Namizədə tələblər

• Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində);
• Korporativ kredit satışı üzrə ən azı 2 il iş stajı;
• Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı;
• Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma;
• Bank qanunvericiliyi barədə biliklərin olması;
• Azərbaycan dilində səlist danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır);
• MS Office proqramlarının bilikləri;
• Analitik qabiliyyət və maliyyə təhlil bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində Korporativ kredit üzrə satış mütəxəssisi qeyd etməklə cv@bankavrasiya.az email ünvanına göndərmələri xahiş olunur.