Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Təchizat üzrə Mütəxəssis

1200 - 1500 AZN

Azorel MMC

Baxışların sayı: 214

Elan #16049

Şəhər
Bakı
Yaş
24 - 45 yaş
Cins
Qadın
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
08.02.2024
Bitmə tarixi
08.03.2024
Əlaqədar şəxs
Fəridə Nağıyeva
Telefon
Kateqoriya
Müxtəlif
Alt kateqoriya
Koordinator

İş barədə məlumat

• Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq Satınalma sənədlərinin hazırlanması;
• Satınalma prosesinin planlaşdırılması və təşkil edilməsi;
• Xarici bazarın araşdırılması, xarici təchizatçılarla əlaqələrin genişləndirilməsi;
• Satınalma sifarişlərinin təhlili və təchizatçıların axtarılması, qiymətləndirilməsi, seçilməsi və münasibətlərin qurulması;
• Daxili Mal Sifarişlərinin qəbulu, təchizatının təmin edilməsi və çatdırılmasının izlənilməsi;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
• Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin etmək;
• Daimi bazar qiymətlərinin araşdırılması;
• Qiymətləndirmənin həyata keçirilməsi üçün təchizatçı performansına dair məlumatları toplanması və tərtib edilməsi;
• Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
• Təsdiq edilmiş təchizatçı siyahısının hazırlanması;
• Fəaliyyəti ilə əlaqədar Təchizat üzrə Baş Mütəxəssisə hesabatın verilməsi;
• Aidiyyəti partnyor, müştəri şirkətlərlə etik normalar əsasında davranmaq, müştəri fokuslu olmaq.

Namizədə tələblər

• Ali təhsil;
• Satınalma Mütəxəssisi kimi və ya oxşar rolda 3 və daha çox illik təcrübə (neft və qaz sektoru sahəsi üzrə üstünlük verilir)
• Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklər;
• Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
• Mükəmməl ünsiyyət və danışıq bacarıqları.
• Güclü analitik düşüncə və problem həll etmə bacarıqları.
• Microsoft Office və iş tətbiqi proqramı, satın alma və resurs planlaşdırma sistemləri ilə işləmək bacarığı.
• Sənaye və bazar şərtləri barədə məlumata malik olmalı;
• Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.
• Azərbaycan və ingilis dillərinin biliyi (rus dili arzuolunandır)
• Yaş həddi 25-45 (xanım namizədlərə üstünlük verilir)