Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Elektromexanik

800 AZN

Glass House

Baxışların sayı: 117

Elan #16026

Şəhər
Bakı
Yaş
25 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
06.02.2024
Bitmə tarixi
06.03.2024
Əlaqədar şəxs
HR
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Digər

İş barədə məlumat

Şüşə zavoduna elektromexanik vakansiyası üçün 25-50 yaş arası müvafiq iş üzrə 3 ildən çox iş təcrübəsi olan namizəd axtarılır.
İş növbəlidir, növbələr həftəlik olaraq dəyişir.
6 günlük iş rejimidir, bazar günü istirahət günüdür, geyim forması və nahar verilir.
Əməkhaqqı müsahibə əsasında təyin ediləcək.

Namizədə tələblər

• Elektrik sxemlərinin oxunması,təmir və bərpa işlərinin həyata keçirilməsini həyata keçirir;
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil, istehsalın texniki hazırlığını təmin edir;
• Təmir üçün aidiyyatı təşkilatlarla planları (cədvəlləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün materialların hazırlanmasında iştirak edir;
• Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlərin tərtibatına rəhbərlik edir;
• Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
• Köhnəlmiş avadanlıq, maşın və mexanizmləri, obyektləri müəyyən edir, onların təmirini növbələşdirir;
• Eksperiment, quraşdırma, yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
• İstər təmir, istərsə də digər işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına riayət edilməsini rəhbərlik etdiyi sahənin işçilərindən tələb edir;
• Testerlərlə işləməyi bacarmalıdır;
• Ali təhsilli, rus və ingilis dillərinibilən namizədə üstünlük verilir.

Maraqlanan şəxslər elektron poçt ünvanına CV göndərə və ya telefon nömrəsi ilə (vatsap var) əlaqə saxlaya bilər.