RFIDplus Technology Solutions şirkətinin missiyası innovativ RFID (Radio Frequency Identification) Texnolgiyasını, Azərbaycanda müxtəlif biznes sahələrinə tətbiq etmək, və nəticədə məlumat toplanışı və biznes prosesləri avtomatlaşdıraraq, şirkət və müəsissələrin, aşağı qiymətlərlə, öz biznesinin, mallarının, daşınmaz əmlakının, obyektlərinin effektiv idarə edilməsinə nail olmaqdır.
Biz RFID layihələri texniki olaraq həyata keçirməyə və dəstəkləməyə yardımçı olan məsuliyyətli Layihə üzrə Mütəxəssis axtarırıq. Bu vəzifədə uğur qazanmaq üçün namizəd məhsulu və göstərilən xidmətləri bilməli, İnformasiya Texnologiyaları sahəsində iş təcrübəsinə, komanda ilə işləmək və müştərilər ilə yaxşı ünsiyyət bacarıqlarına malik olmalıdır.
Məsuliyyətlər:
• RFİD və Cloud Texnologiyaları, mümkün Tətbiqləri və üstün cəhətləri haqqında bilik əldə emək;
• Məhsullar və xidmətlər haqqında müvafiq təqdimatlar hazırlamaq və həyata keçirmək;
• Layihə idarəetmə fəaliyyətlərin, resursların, avadanlıqların və məlumatların koordinasiyasına yardımçı olmaq;
• Layihə Avadanlıqları və Proqram təminatların quraşdırılması və Layihə Yerli Şəbəkələrin yaradılması.
• Layihədə çalışan müəssisə-daxili komandaya tapşırıqlar vermək və işlərin qrafikə uyğun idarəedilməsində yardımçı olmaq;
• Layihə Data Bazası və Mobil Tətbiqlərin, hazırlanmış prosedurlara uyğun, istifadə təlimatının müştərilərə tədrisinə yardımçı olmaq;
• Layihənin gedişatını izləmək və ortaya çıxan istənilən məsələləri həll etmək;
• Layihələrin həyata keçirilmə prosesində müştərilərin ehtiyaclarının təmin edildiyinə nəzarət edərək əmin olmaq;
• Müfəssəl layihə sənədlərini, planları və hesabatları hazirlamaq və saxlamaq.
• Layihə bitdikdən sonra müştəriyə Texniki Dəstək göstərmək.
Namizədə tələblər
• İnformasiya Texnologiyaları və Telekomunikasiyanın uyğun sahələri üzrə Bakalavr dərəcəsi;
• İT üzrə Köməkçı və ya oxşar vəzifə üzrə təsdiqlənmiş iş təcrübəsi;
• Müxtəlif əməliyyat sistemləri, desktop (Windows 8.1, 10, 11), mobil (Android, iPhone), və şəbəkələr (LAN, WAN, Wi-Fi, və sairə), internet təhlükəsizliyi və məlumatların məxfiliyi prinsipləri üzrə, iş təcrübəsi;
• Microsoft Office 365 (MS Excel, MS Access, PowerApps, One Drive və sarə) üzrə biliklər;
• Data Baza Sistemləri (MS SQL və ya Oracle və ya başqaları üzrə) iş təcrübəsi;
• Məhsulların İnventarizasiyası və ya Auditi üzrə, iş təcrübəsi;
• Güçlü müştəri-yönümlü və komanda ilə işləmək bacarığı;
• Azərbaycan və İngilis dillərini bilmək bacarığı;
• Sürətli öyrənmə, nəticələrə-yönümlü özünü-motivasiya qabiliyyəti;
• Əmək Haqqı: 600-1000 AZN, Biznesin inkişafı ilə əmək haqqının artırılmasına baxılacaq.