İş barədə məlumat
- Xarici şirkətlərlə yeni müqavilələrin hazırlanıb ,qiymət protokollarını yoxlandıqdan sonra təsdiq üçün şöbə müdirinə təqdim edilməsi;
- Xarici şirkətlərdən alınan və gömrüyə daxil olunması gözlənilən xammalların bütün sənədləşmə prosesinin izlənilməsinin həyata keçirilməsi və sənədlərin tamlığı təsdiq olunduqdan sonra Qısa Gömrük Bəyannaməsinin hazırlanması üçün dekloranta müraciətin icra edilməsi;
- Xarici şirkətlərlərdən alınan xammalların qida təhlükəsizliyi sertifikatının alınması üçün müraciətin həyata keçirilməsi və eyni zamanda AQTA sertifikatının alınmasına nəzarətin icra edilməsi;
- Müqavilələrin icrası barədə hesabatın şöbə müdirinə və direktora təqdim edilməsi;
- İş qrafiki: 08:30-dan - 16:30-dək həftə içi 5 gün;
- Şənbə günü : 08:30-dan - 13:30-dək;
- Nahar şirkət tərəfindən verilir;
- Ünvan:Bakıxanov qəs.Bəşir Bünyadov küç;
- Əməkhaqqı : 500-700AZN (bilik və bacarıqlara görə dəyərləndiriləcək).