Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resursları mütəxəssisi

700 - 1000 AZN

CAN-PA MMC

Baxışların sayı: 296

Elan #13267

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
23.01.2023
Bitmə tarixi
23.02.2023
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
hr@can-pa.com
Kateqoriya
İnzibati
Alt kateqoriya
HR

İş barədə məlumat

• İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
• İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilini icra edir;
• Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
• Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
• İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
• İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
• İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
• Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
• Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
• Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
• Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
• İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
• Daxili sənəd dövriyyəsini icra edir;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Məlumat:

• İş rejimi: 5 günlük;
• İş saatı: 09:00 – 18:00;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı: 700-1000 AZN (namizədin bilik və bacarığına əsasən təyin ediləcək);
• İş yeri: Hökməli qəs, Şamaxı şos.14-cü km;
• Qeyd: Şirkətə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək;

Namizədə tələblər

• İş təcrübəsi: İnsan Resursları üzrə minumum 2 il iş təcrübəsi.
• Təhsil: Ali təhsil
• Cins: Xanım və bəy namizədlər
• Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür.
• Kompüter bilikləri: Ms-Office proqramları
Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik.


Vakansiya üçün müraciət qaydası: CV-lər İnsan Resursları üzrə mütəxəssis mövzusu ilə hr@can-pa.com elektron ünvanına göndərilməlidir.