Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Satış nümayəndəsi

500 - 1000 AZN

Novator HRC MMC

Baxışların sayı: 115

Elan #13021

Şəhər
Bakı
Yaş
22 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
11.11.2022
Bitmə tarixi
11.12.2022
Əlaqədar şəxs
Alla x.
Kateqoriya
Satış
Alt kateqoriya
Satıcı

İş barədə məlumat

Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə peşəkar yuyucu vasitələr, təmizlik maşınları və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışını həyata keçirmək
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərinə çatmaq
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq
- Satışın stimullaşdırılması üçün təkliflər vermək
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək

Namizədə tələblər

- Şəxsi avtomobil mütləq olmalıdır
- Sürücülük vəsiqəsi
- Ali təhsil
- Yaş həddi 25-40 arası
- Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır)
- Komandada və stres altında işləmək bacarığı
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı
- Ünsiyyətcil və inandırma bacarığı
- Öz üzərində işləyən, inkişafa meyilli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Satış analizini aparmaq bacarığı
- Vaxtın səmərəli idarə olunması bacarığı
- Bakı şəhərində qeydiyyatda olmalı
- Satış (xüsusilə HoReCa) sahəsində təcrübə

Ünvan: Nəsimi rayonu , Abbas Səhhət küç.40
Tələblərə uyğun namizədlər mövzu yerində satış nümayəndəsi yazmaqla öz CV-lərini hr@novatorhrc.com göndərə bilərlər.