Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Satış və Biznes inkişafı üzrə mütəxəssis

800 - 900 AZN

Performance Center Co

Baxışların sayı: 63

Elan #12797

Şəhər
Bakı
Yaş
24 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
21.09.2022
Bitmə tarixi
21.10.2022
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Satış
Alt kateqoriya
Digər

İş barədə məlumat

Korporativ satış planının təhlil risklərin müəyyən edilməsi;
Əldə edilmiş nəticələrin təhlil olunaraq proqnozların verilməsi;
Yerli bazarın monitorinqini, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq;
Bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
Müxtəlif istiqamətlərdə yeni partnyorların araşdırılması və danışıqların aparılması;
Potensial müştəri və tender axtarışında iştirak etmək;
Müştərilərlə sıx əlaqədə olmaq, borc öhdəlikləri barəsində məlumat vermək və portfeli mütəmadi izləmək;
Müştəriləri və biznes mühitini təhlil etməklə xidmətlər üzrə təkliflərin hazırlanması;
Şirkətin fəaliyyətini təhlil edib, hesabatların hazırlanması;
Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi.
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 800-900₼

Namizədə tələblər

Ali təhsil(iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə üstünlükdür);
Yaş: 24-40
Satış və biznes inkişafı sahəsində məlumatların toplanması, analizi sahəsində minimum 3 il iş təcrübəsi;
İnformasiyanın təhlil, araşdırma, analiz və təqdimat bacarığının olması;
Müşahidə, strateji və analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Yüksək ünsiyyətqurma, komandada və fərdi şəkildə işləmək bacarığı;
Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı (ingilis, rus dili biliyi olanlara üstünlükdür);
Şirkətin satış həcminin artırılmasına dəstək;
Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan namizədlər

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində Satış və Biznes inkişafı üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.