Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Satış meneceri

2000 AZN

RECA MMC

Baxışların sayı: 277

Elan #12494

Şəhər
Bakı
Yaş
18 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Orta
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
26.07.2022
Bitmə tarixi
26.08.2022
Əlaqədar şəxs
Abbas Məmmədov
Telefon
Kateqoriya
Satış
Alt kateqoriya
Satış Meneceri

İş barədə məlumat

“RECA” MMC satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında: Şirkətimiz 2017-ci ildən Azərbaycanın daşınmaz əmlak sektorunda qanuni şəkildə fəaliyyət göstərir. “RECA” daşınmaz əmlakın alqı-satqısı, qiymətləndirilməsi, təmir-tikinti və dizaynı, marketinqi, investisiya rəhbərliyi və kard hazırlığı kimi bir neçə istiqamət üzrə peşəkar xidmətlər qurmuşdur. Böyük müştəri bazası və satış portfeli ilə daşınmaz əmlak sektorunun ən qabaqcıl və yenilikçi şirkətlərindən biriyik.

Vakansiyanın adı: Satış meneceri (daşınmaz əmlak üzrə)

Vakansiya olan filiallarımız:

- Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 55/64 (İnşaatçılar m/s.)
- Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi 24B.
- Əhmədli, Məhəmməd Hadi küçəsi.

Namizədlərdə aşağıdakı bilik, bacarıq və keyfiyyətləri axtarıq:

-Satış təcrübəsi və ya satış bacarıqları;
-Komandada və ya kollektivdə işləmək qabiliyyəti;
-Stressə dözümlülük;
-Sosial ünsiyyət bacarıqları;
-Məsuliyyətlilik və düzgünlük;
-Azərbaycan dilində səlis nitq qabiliyyəti;
-Təqdimat bacarıqları;
- Özünəgüvən və işə yaradıcı yanaşma;
-Ofis proqramlarında işləmə bacarığı.

Cins: kişi və qadın;
Yaş: 18-35;
İş saatı: 09:30 – 18:00 (nahar fasiləsi verilir);
İş günləri: Bazarertəsi – şənbə.

Namizədə tələblər

Vəzifələr:

- Şirkətə aid müştəri və əmlak bazasının idarə edilməsi;
- Müvafiq əraziyə uyğun əmlak portfelinin yaradılması;
- Müştərilərə əmlakların təklif edilməsi və görüşlərin keçirilməsi;
- Elanların yerləşdirilməsi;
-Foto və video çəkilişlərin aparılması;
-Daşınmaz əmlakın alqı – satqı, icarəsi və ipoteka kreditləri haqqında müştərilərin dəqiq məlumat almasına köməklik göstərmək.

Həmçinin:

- Satış sektorunda karyera planlayan şəxslərin müraciəti arzuolunandır. Təcrübəsi olmayanlara iş öyrədiləcək.
- 1 aylıq sınaq müddətində müvəffəq olan namizədlərlə daimi əmək müqaviləsi bağlanılacaq.
- İş saatlarının 60%-i ofis daxilidir.
- Əməkdaşlar mobil nömrə və aylıq balansla təmin olunur.
- Əmək haqqı faizlə hesablanır, fiks deyil.
- Aylıq ortalama qazanc ehtimalı: 600 - 2000 AZN.


Maraqlanan şəxslər öz CV-lərini “satış meneceri” başlığı ilə [email protected] ünvanına göndərə bilər.

Əlaqə: 012-432-37-03
055-346-96-96