Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Arqon qaynaqçısı

700 AZN

Bakı Gəmiqayırma Zavodu MMC

Baxışların sayı: 83

Elan #12328

Şəhər
Bakı
Yaş
25 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
14.06.2022
Bitmə tarixi
14.07.2022
Əlaqədar şəxs
HR
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Digər

İş barədə məlumat

Bakı Gəmiqayırma Zavodu MMC Arqon qaynaqçısı (Paslanmaz polad üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri
Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən müxtəlif diametrli borularda qaynaq əməliyyatları aparılması.

İş haqqında məlumat
- Əmək haqqı: 700 +
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq əmək haqqına əlavə olaraq hesablanır
- Əlavə imtiyaz və təminatlar: Nahar və Nəqliyyat təminatı
- Sığorta təminatları təmin edilir: Fərdi Tibbi və Həyat siğortası təminatı

Namizədə tələblər

Vəzifə öhdəlikləri:
- Sahə ilə bağlı qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etməyi bacarmalı
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının quruluşlarını və iş mexanizmlərini bilməli
- Dəyişən və sabit cərəyanla qaynağın va elektrik qovsü ilə onmanın xüsusiyyətlərinə bələd olmalı;
- Sürət, gərginlik və amper tənzimləməyi, qaynaq zamanı problemləri müəyyənləşdirməyi bacarmalı
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Qaynaq sonrası tikişləri təmizləməli və qüsurlar zamanı təmir işini aparmalı
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və bu barədə öhdəlik götürməlidir

Digər tələblər:
- Orta və ya müvafiq peşə təhsil
- Müvafiq sahə üzrə qaynaq sertifikatı (6G SS - paslanmaz polad)
- Ağır sənayedə 2 ildən yuxarı müvafiq peşə təcrübəsi
- İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı
- Müəssisədaxili subordinasiya və nizam-intizam qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı

Tələblərə cavab verən və vakansiyayla maraqlanan namizədlərdən [email protected] elektron poçt ünvanına CV göndərməsi və ya +994512255606 telefon nömrəsi ilə əlaqə saxlaması xahiş olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.