Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə şöbəsinin müdiri

3000 - 3500 AZN

GM Construction

Baxışların sayı: 41

Elan #11740

Şəhər
Bakı
Yaş
35 - 50 yaş
Cins
Kişi
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
07.01.2022
Bitmə tarixi
07.02.2022
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
hr@gmco.az
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Maliyyə Analitiki

İş barədə məlumat

• Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsinin təşkili;
• Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasının təmin edilməsi;
• Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək;
• Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi;
• Bütün satış və satınalma xərclərinin təsdiq edilməsi;
• Şirкətin fəаliyyət хərclərinin аnаliz edilməsi, хərclərin аzаldılmаsı yоllаrının аrаşdırılması və еffекtivliyin artırılması istiqamətində təkliflər hazırlanması;
• Büdcə icrasının monitorinqi və təhlil edilməsi;
• Cəmiyyətin maliyyə risklərinin təhlil edilməsi və qiymətləndirilməsi, onları minimuma endirmək üçün tədbirlər planını hazırlaması,mütamadi olaraq müvafiq hesabatlar hazırlayıb rəhbərliyə təqdim edilməsi;
• Şirkətin inkişafına yönəldilən strategiyanı dəstəkləyəcək maliyyə proqnozlarının hazırlanmasında iştirak edilməsi;
• Daxili və xarici auditin aparıldığı zamanlarda lazımi dəstəyin verilməsi;
• Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edilməsi;
• Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı, həmçinin vахtı-vахtındа şirкət rəhbərliyini əhəmiyyətli кənаr çıхmаlаr bаrədə məlumаtlаndırılması.
• İş rejimi: 6 günlük, saat 09:00-dan 18:00-dək, şənbə qısa iş günü;
• Korporativ nömrə ilə təmin olunma;
• Əmək haqqı – 3000 - 3500 AZN.

Namizədə tələblər

• Bəy namizəd, yaş həddi 35-50 yaş.
• Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib və ya müvafiq vəzifə üzrə tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• Beynəlxalq mühasibatlığı bilməli (ACCA sertifikatı olması əlavə üstünlükdür);
• MS Office, 1 C 8.3 mükəmməl səviyyədə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.