Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

1C ERP üzrə biznes analist

2000 - 2500 AZN

Prosys MMC

Baxışların sayı: 104

Elan #11733

Şəhər
Bakı
Yaş
25 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
05.01.2022
Bitmə tarixi
05.02.2022
Əlaqədar şəxs
HR
Telefon
E-mail
hr@prosys.az
Kateqoriya
İnformasiya Texnologiyaları
Alt kateqoriya
1C proqramist

İş barədə məlumat

PROSYS MMC-nin ERP proqram təminatı məhsullunun tətbiqi və inkişaf etdirilməsi istiqamətində SCRUM komandasında ERP Product Owner rolunu icra edərək aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi
- Tələblərin izlənilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Yeni funksionallığın test olunması
- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
- Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədə tələblər

- 1C ERP layihələrinin tətbiqi sahəsində minimum 3 il iş təcrübəsi
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Agile və SCRUM haqqında biliklər
- Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL üzrə biliklər
- Balsamiq Wireframes, Jira, MS - Office Visio proqram təminatlarını yaxşı bilmək
- Problemlərin həll edilə bilməsi və analitik təfəkkür

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində 1C ERP Analitik yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.