Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Elektro-Mexanik

800 - 1000 AZN

Damla Mebel Fabriki

Baxışların sayı: 34

Elan #11022

Şəhər
Bakı
Yaş
25 - 50 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Orta texniki
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
14.10.2021
Bitmə tarixi
14.11.2021
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Digər

İş barədə məlumat

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan Damla MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
Vakansiya: Elektro-mexanik
Vəzifə öhdəlikləri:
- Avadanlıqlarda yaranan bütün problemlərin aradan qaldırılması
- Mebel istehsalı sahəsində avadanlıqların vaxtlı-vaxtında təmiri
- Avadanlıqlarda yaranmış nasazlıqla bağlı problemlərin aradan qaldırılması
- Avadanlıqlara baxış və profilaktik tədbirlərin həyata keçirilməsi
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək
İş şərtləri:
- İş vaxtı 08:30-dan 18:30-dək
- Əmək haqqı: 800-1000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq)
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- Servis xidməti fəaliyyət göstərir. (20 Yanvar metrosu,Saray qəsəsəbi,Xırdalan və Sumqayıt şəhərləri)

Namizədə tələblər

- Orta texniki və ya bu sahadə sertifikatlarının olması
- Bu sahədə ən az 3-5 il iş təcrübəsi
- 25-50 yaş aralığında
- İstehsal sahəsində təcrübə
- Komandada işləmək bacarığı
- Problemləri operativ həll etmək bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə Elektro-mexanik yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.