Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Devops mütəxəssisi

900 - 1200 AZN

Prosys MMC

Baxışların sayı: 41

Elan #11001

Şəhər
Bakı
Yaş
22 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
13.10.2021
Bitmə tarixi
13.11.2021
Əlaqədar şəxs
HR
Telefon
E-mail
hr@prosys.az
Kateqoriya
İnformasiya Texnologiyaları
Alt kateqoriya
Proqramlaşdırma

İş barədə məlumat

- Proqram təminatlarının yeni versiyaları üçün versiyaların hazırlanması
- Yeni versiyaların test edilməsi
- Yeni versiyaların quraşdırılması
- Oracle və MSSQL Server verilənlər bazasının quraşdırılması,
- Oracle və MSSQL Server verilənlər bazasında verilənlər bazası hazırlanması
- Oracle və MSSQL Server verilənlər bazasında ehtiyat nüsxələrin avtomatik hazırlanmasının saxlanması və buna gündəlik nəzarət
- Verilənlər bazasında məlumatı saxlanan informasiya sistemlərinin/proqramlarının yeni versiyalarının yüklənməsi

- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədə tələblər

- Agile Scrum bilmək
- Sprintləri versiyalar şəklində hazırlaya bilmək
- DevOps təcrübəsi
- Oracle və MSSQL Server verilənlər bazası quraşdıra bilmək
- Oracle və MSSQL Server inzibatçılığını bilmək
- SQL dilini bilmək
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Kollektiv şüurla komanda şəklində fəaliyyət
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
- Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq
- Ümumi alqoritm qurma bacarığı
- Asan ünsiyyət qura bilmək
- İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı
- Verilənlər bazası üzrə sertifikatların olması arzuolunandır
- Ali təhsilli olmaq
- Ən azı 1 illik iş təcrübəsinə malik olmaq
- Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmaq

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində Release mütəxəssisi yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.