Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş mühasib

Razılaşma

ButaGroup

Baxışların sayı: 12

Elan #10993

Şəhər
Bakı
Yaş
18 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
12.10.2021
Bitmə tarixi
12.11.2021
Əlaqədar şəxs
Günel xanım
Telefon
Kateqoriya
Maliyyə və Mühasibat
Alt kateqoriya
Mühasibat

İş barədə məlumat

Özünə inamlı, peşəkar və inkişafa meyilli namizədləri komandamıza qoşulmağa dəvət edirik
Əsas öhdəliklər:
- Vergi Məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu yaratmaq;
- Hesabatları düzgün hazırlamaq, vergiləri hesablamaq və onların vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
- Daxil olan pul vəsaitlərinin, ehtiyatların və əsas vəsaitlərin tam uçotunu aparmaq;
- Maliyyə hesabatları və hesabatların hazırlanmasına nəzarət etmək və iştirak etmək.
- Elektron Fakturaların tərtib edilməsi və göndərilməsi;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını tərtib etmək
- Əmək haqqı hesablanması cədvəlləri hazırlamaq (əmək haqqı, məzuniyyət haqqı, son hesablar, xəstəlik vərəqələri hesablamaq) və maaşları ödəmək;
- Maliyyə hesabatları hazırlamaq (Balans Hesabatı, Mənfəət və zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat);
- Dövlət Vergi Xidməti tərəfindən aparılan yoxlamalardan məsul şəxs;
- Rəhbərlik tərəfindən verilən bütün vəzifələri vaxtında və dəqiq həll etmək.

Namizədə tələblər

Bizim üçün uyğun namizəd:
- Mühasibatlıq və ya Maliyyə ixtisası üzrə bakalavr dərəcəsi;
- Maliyyə və ya Mühasibat sahəsində minimum 3 il iş təcrübəsi;
- İstehsalat sahəsində iş təcrübəsi olmalı;
- Əla təşkilatçılıq bacarığı və detallara diqqət;
- Vergi qanunvericiliyini mükəmməl bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
- Office proqramlarında, xüsusən də Excel -də işləmək bacarığı yüksək səviyyədə;
-Logo Tiger bilməsi üstünlükdür;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışmaq.
İş şərtləri:
• İş vaxtı 1 – 6 günlər 08:00-17:00
• Şirkət tərəfindən nəqliyyatla təmin edilmə;
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
• Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “baş mühasib” qeyd edərək gb.orucova@butagroup.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.