Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Layihə meneceri

700 - 1000 AZN

PROTON

Baxışların sayı: 56

Elan #10843

Şəhər
Bakı
Yaş
25 - 40 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
30.09.2021
Bitmə tarixi
30.10.2021
Əlaqədar şəxs
HR
Kateqoriya
İnzibati
Alt kateqoriya
Heyətin idarə olunması

İş barədə məlumat

Nə iş görəcəyini bizdən soruşmayıb, əksinə bizə nə iş görməli olduğumuzu deyən, çətin müştərilərlə asan ünsiyyət quran, vaxtı, işi, lazım olsa, komandanı da bölüb idarə edən, TASK MANAGER olmadan işləyə bilməyən layihə meneceri axtarırıq.

- Komanda ilə müştərilərin əlaqəli işləməsinin təmini, işin gedişinə nəzarət
- İşlərin komanda arasında düzgün bölüşdürməsi və icrasına nəzarət
- Mütəmadi müştərilərlə ünsiyyət, plana uyğun olaraq müştərilərlə görüşlərin keçirilməsi
- Aylıq olaraq müştərilərlə və daxili komanda ilə iş üzrə təkliflər hazırlamaq
- Müştərilərin rəqiblərinin mütəmadi təhlili və təkliflərdə nəzərə alınması
- Yeni trendləri izləmək, daim işin detalları barədə məlumatlı olmaq, təşəbbüskar olmaq
- Komandanın inkişafını nəzarətdə saxlamaq, təlimlər tapmaq
- Yeni markalar üçün araşdırma aparmaq, təkliflər hazırlamaq
- Problemli situasiyalarda həll təklif etmək
- Hesabatların hazırlanması; (Reklam hesabatı, görülən işlərə dair təqdimat, qoyulan hədəflər üzrə nəticələrin təqdimi və s.)
- İş saatları: B.e - Cümə 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Rəqəmsal platformalarla iş təcrübəsi, analitik təhlilləri edə bilmək, hesabatlar hazırlamaq
- Kreativ komanda ilə müştəri təmsilçiləri arasında düzgün iş bölgüsünün aparılması üçün task management proqramlarından aktiv istifadə
- Ümumi marketinq barədə məlumatlı olması üstünlükdür
- Yaradıcı yanaşma, ünsiyyətcil olmaq
- Agentlik təcrübəsi və team leader təcrübəsi namizəd seçimində ciddi üstünlük sayılacaq
- Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis dili (orta)

Komandamıza qoşulmaq istəyən uyğun namizədlər info@proton.az mailinə Project Manager başlığı ilə öz CV-lərini göndərə bilərlər.

Ünvan: Ə.Rəcəbli 156A. Aynalı plaza.