Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Grow lab layihəsi üzrə təcrübə proqramı

Razılaşma

Ferrum Capital

Baxışların sayı: 46

Elan #10805

Şəhər
Bakı
Yaş
23 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
28.09.2021
Bitmə tarixi
28.10.2021
Əlaqədar şəxs
HR
Telefon
---
Kateqoriya
Müxtəlif
Alt kateqoriya
Təcrübə proqramı

İş barədə məlumat

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC “Grow lab” layihəsi üzrə təcrübə proqramı elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin araşdırma və biznes proseslərinin qurulması sahəsində yaxından iştirak edərək təcrübə qazanmasına və karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
• Müxtəlif biznes layihələrinin hazırlanması və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif dillərdə araşdırılma edilməsi və təqdimat hazırlanması
• Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edilməsi

Namizədə tələblər

• Bakalavr və magistr tələbələri
• Yeni məzunlar
• Ali təhsil
• Qəbul imtahanında 600-dən yüksək bal toplamaq
• İngilis, rus, türk dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək
• Yüksək səviyyədə riyazi biliklər
• Araşdırma və problem həlletmə qabiliyyəti
• Məsələlərə analitik yanaşma

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Grow lab qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.