166 Yükdaşıma və Logistika — Vakansiya
Vakansiya · kadr.az
Data Analitik
166 Yükdaşıma və Logistika
Razılaşma
kadr.az
Elan #21400
22.10.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
–
Cins
Fərqi yoxdur
Kateqoriya
İnformasiya Texnologiyaları
Proqramlaşdırma
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
22.10.2026
Bitmə tarixi
20.11.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
cv@166.az
Veb sayt
www.166.az
İş barədə məlumat

166 Yükdaşıma və Logistika şirkəti “Data Analitik” vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin müxtəlif mənbələrdən (MySQL verilənlər bazası, Google Sheets, Excel və s.) daxil olan strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlarının toplanması, təmizlənməsi və emalı;
  • Power BI platformasında interaktiv, dinamik və biznes tələblərinə uyğun hesabatların (dashboard-ların) qurulması, DAX ölçülərinin və verilənlər modellərinin optimallaşdırılması;
  • Rutin hesabatlıq və məlumatların transformasiyası (ETL) proseslərinin Python skriptləri vasitəsilə avtomatlaşdırılması;
  • MySQL verilənlər bazasından mürəkkəb sorğular vasitəsilə məlumatların çəkilməsi və analizi;
  • Excel və Google Sheets üzərində operativ analizlərin, maliyyə/əməliyyat modellərinin və komandalararası paylaşım cədvəllərinin hazırlanması;
  • Rəhbərliyə və əlaqədar şöbələrə biznes qərarlarının qəbul edilməsində dəstək olmaq üçün məlumatlara əsaslanan analitik rəylərin və tövsiyələrin təqdim edilməsi.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
  • Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.
Namizədlərə tələblər
  • Təhsil: Ali;
  • Təcrübə: Data analitikası sahəsində ən azı 1 il iş təcrübəsi 
  • Power BI: Əla səviyyədə biliklər (Power Query, DAX, data modeling, vizuallaşdırma və Dashboard dizaynı);
  • SQL (MySQL): Mürəkkəb SQL sorğuları yazmaq, cədvəl strukturlarını anlamaq və məlumat bazasından performanslı şəkildə məlumat çıxarmaq bacarığı;
  • Python: Data analizi və avtomatlaşdırma üçün Python bilikləri;
  • Analitik düşüncə: Böyük həcmli məlumatlar daxilində qanunauyğunluqları tapmaq, detallara diqqət və nəticələri aydın vizual dildə ifadə etmək qabiliyyəti.

Uyğun namizədlərdən CV-lərini “Data Analitik” başlığı altında cv@166.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

kadr.az — Kadr Portali 22.10.2026