Superfon — Vakansiya
Vakansiya · kadr.az
Mühasib
Superfon
Razılaşma
kadr.az
Elan #21243
25.09.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
–
Cins
Fərqi yoxdur
Kateqoriya
Maliyyə və Mühasibat
Mühasibat
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
25.09.2026
Bitmə tarixi
30.11.-0001
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
hr@superfon.az
Veb sayt
www.superfon.az
İş barədə məlumat

Vəzifələr:

  • Bank hesablarına mədaxil və məxaric olunan bütün əməliyyatları bank çıxarışları əsasında vaxtında mühasibat proqramında (LOGO) qeydiyyata almaq;
  • Proqramdakı bank qalıqlarını bank çıxarışı ilə müntəzəm olaraq tutuşdurmaq və fərqləri aşkar edib aradan qaldırmaq.
  • POS terminallar vasitəsilə daxil olan məbləğləri sistemdə işləmək;
  • Terminal hesabatlarını, bank daxilolmalarını və kassa (satış) məlumatlarını tutuşdurmaq;
  • Bank komissiyalarını düzgün uçota almaq;
  • Pərakəndə satış məbləğlərinin tam və düzgün əks olunmasına nəzarət etmək.
  • ƏDV depozit hesabına mədaxil və məxaric olunan əməliyyatları mühasibat proqramında (LOGO və ya digər) qeydiyyata almaq;
  • ƏDV depozit hesabının qalığını e-qaimələr və vergi orqanının məlumatları ilə tutuşdurmaq.
  • Gömrük avans hesabı üzrə köçürmələri və gömrük rüsumlarının silinməsini sistemdə işləmək;
  • Gömrük bəyannamələri əsasında hesablanmış ödənişləri uçota almaq;
  • Hesabın qalığına nəzarət etmək və qalıq azaldıqda rəhbərliyə vaxtında məlumat vermək.
  • Aylıq əmək haqqı cədvəlini hazırlamaq və təsdiqdən sonra ödəniş üçün ödənilməsi üçün göndərmək;
  • İşçilərə verilən avans ödənişlərini qeydiyyatını aparmaq;
  • Hesablanmış əmək haqqını və ondan tutulmaları (gəlir vergisi, DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta) xərc kimi tanımaq;
  • Ay sonunda əmək haqqı hesablamalarının yoxlanılması və hesabatı təqdim etmək;
  • Çalışanların qalıq və nəticələrinə (qalıq, borc, avans) nəzarət etmək.
  • Müştərilərdən daxil olan ödənişləri daxil etmək və düzgünlüyünü yoxlamaq;
  • Müştərilərlə hesablaşmaların üzləşdirmə aktlarının hazırlanmasında iştirak etmək
  • Vaxtı keçmiş borclar barədə Maliyyə Menecerinə məlumat vermək.

Şirkət tərəfindən:

  • Peşəkar inkişaf və öyrənmə imkanı;
  • Karyera yüksəlişi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək müqaviləsi;

İş şəraiti

  • İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.

 

Namizədlərə tələblər
  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat);
  • Mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Mühasibat proqramları ilə iş bacarığı (LOGO proqramı ilə iş təcrübəsi üstünlük hesab olunur);
  • E-taxes (vergi portalı),e-custom və internet-bankçılıqla başlanğıc səviyyəsində iş bacarığı;
  • Diqqətlilik, məsuliyyət, analitik düşüncə və ünsiyyət bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini hr@superfon.az elektron poçt ünvanına göndərə bilərlər.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

kadr.az — Kadr Portali 26.09.2026