Araz Supermarket — Vakansiya
Vakansiya · kadr.az
Xərclərə nəzarət üzrə Analitik
Araz Supermarket
Razılaşma
kadr.az
Elan #21219
09.09.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Maliyyə və Mühasibat
Maliyyə Analitiki
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
09.09.2026
Bitmə tarixi
07.10.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
Career@retail.az
Veb sayt
www.arazmarket.az
İş barədə məlumat

Araz Supermarketlər Şəbəkəsi "Xərclərə nəzarət üzrə  Analitik" vakansiyası üzrə işə qəbul elan edir!

Öhdəliklər 

  • Şirkətin əməliyyat və inzibati xərclərinin mütəmadi monitorinqini həyata keçirmək;
  • Faktiki xərcləri büdcə və plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları analiz etmək;
  • Xərc artımlarının səbəblərini müəyyənləşdirmək və optimallaşdırma imkanlarını təhlil etmək;
  • Filiallar, departamentlər və xərc mərkəzləri üzrə xərclərin analizini aparmaq;
  • Aylıq, rüblük və illik xərc hesabatlarını hazırlamaq;
  • Xərc dinamikası və trend analizləri aparmaq;
  • Büdcələşdirmə və forecast proseslərinə analitik dəstək göstərmək;
  • Xərclərin effektivliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Maliyyə, satınalma və digər aidiyyəti departamentlərlə koordinasiyalı işləmək;
  • Rəhbərlik üçün analitik təqdimatlar və idarəetmə hesabatları hazırlamaq. 

Təminatlar

  • Nahar ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük iş qrafiki
  • Servis xidməti mövcuddur
Namizədlərə tələblər
  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahədə ali təhsil;
  • Analitika, maliyyə nəzarəti, büdcələşdirmə və ya xərc analizi sahəsində iş təcrübəsi;
  • Retail/FMCG sektorunda təcrübə üstünlükdür;
  • Excel üzrə yüksək səviyyədə bilik;
  • Böyük həcmli məlumatlarla işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;
  • Maliyyə göstəricilərini analiz etmək və nəticələri biznes dilində təqdim etmək bacarığı;
  • Diqqətlilik, sistemlilik və güclü analitik düşüncə;
  • SAP ilə iş təcrübəsi üstünlükdür;
  • Power BI biliyi üstünlükdür. SAP bilikləri üstünlükdür

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xərclərə nəzarət üzrə Analitik” adını mövzu hissəsində qeyd etməklə CV formaların Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:

kadr.az — Kadr Portali 09.09.2026