Zeytun Pharmaceuticals — Vakansiya
Vakansiya · kadr.az
Kateqoriya üzrə menecer
Zeytun Pharmaceuticals
Razılaşma
kadr.az
Elan #21178
25.08.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Satış
Digər
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
25.08.2026
Bitmə tarixi
22.09.2026
Əlaqədar şəxs
HR
Telefon
---
E-mail
hrdepartment@zeytunpharma.az
Veb sayt
www.zeytunpharma.az
İş barədə məlumat

Vəzifə funksiyaları: 

  • Kateqoriya menecmenti şöbəsinin fəaliyyətinin təşkili və idarə edilməsi; 
  • Şöbə əməkdaşları arasında iş bölgüsünün aparılması, tapşırıqların müəyyən edilməsi və icrasına nəzarət; 
  • Ticarət kateqoriyalarının inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi; 
  • Kateqoriyalar üzrə satış, gəlirlilik, marja, dövriyyə və digər əsas göstəricilərin təhlili; 
  • Məhsul çeşidinin formalaşdırılması və optimallaşdırılması; 
  • Effektiv olmayan və aşağı dövriyyəli məhsulların müəyyən edilməsi və çeşiddən çıxarılması ilə bağlı təkliflərin hazırlanması; 
  • Yeni məhsulların çeşidə daxil edilməsi və onların satış potensialının qiymətləndirilməsi; 
  • Məhsullar üzrə qiymət siyasətinin hazırlanması və bazardakı rəqiblərin qiymətlərinin monitorinqi; 
  • Endirim və kampaniyaların hazırlanması, nəticələrinin təhlili və effektivliyinin qiymətləndirilməsi; 
  • Satış və mənfəət planlarının kateqoriyalar üzrə hazırlanması və icrasına nəzarət; 
  • Məhsul qalıqlarının və stokların effektivliyinin təhlili, artıq və aşağı dövriyyəli qalıqların azaldılması üzrə tədbirlərin hazırlanması; 
  • Əsas məhsullar üzrə çatışmazlıqların qarşısının alınması və məhsul mövcudluğunun təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması; 
  • Təchizatçılarla kommersiya şərtlərinin müzakirəsində iştirak etmək; 
  • Təchizatçılar üzrə alış qiymətləri, bonuslar, retrobonuslar və digər kommersiya şərtlərinin təhlili; 
  • Rəqiblərin fəaliyyətinin, bazar tendensiyalarının və istehlakçı tələbatının monitorinqi; 
  • Yeni və mövcud apteklər üzrə çeşid, qiymət və kateqoriya strategiyasının hazırlanmasında iştirak; 
  • Şöbənin fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; 
  • Kateqoriya menecerlərinin fəaliyyətinin qiymətləndirilməsi, inkişaf etdirilməsi və nəticələrinin KPI-lar əsasında izlənilməsi; 
  • Kateqoriya menecmenti, satış, marketinq, satınalma, logistika və maliyyə şöbələri arasında effektiv əməkdaşlığın təmin edilməsi.

 İş şəraiti:

  • İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • Tibbi sığorta və nahar;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;
  • Əmək haqqı – Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Namizədlərə tələblər
  • Ali təhsil — iqtisadiyyat, marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə;
  • Kateqoriya menecmenti sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilməsi, rus və ingilis dillərini bilməsi üstünlükdür; 
  • 1C və MS Office proqramların yüksək səviyyədə bilməsi; 
  • Data analizi və hesabat bacarıqları (Power BI, Excel ilə iş təcrübəsi);
  • Kateqoriya menecmenti, çeşid siyasəti, qiymətlərin formalaşdırılması, marjanın idarə edilməsi və kampaniyaların təşkili prinsiplərini yaxşı bilməsi; 
  • Satış və maliyyə göstəricilərinin təhlili üzrə güclü analitik bacarıqlar; 
  • Liderlik və komanda idarəetmə bacarığı; 
  • Nəticəyönümlülük və yüksək məsuliyyət; 
  • Təşəbbüskarlıq, sistemlilik və yüksək təşkilatçılıq qabiliyyəti.

Əlavə suallar üçün 050-253-01-59 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Kateqoriya üzrə menecer qeyd etməklə CV-nizi  hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

kadr.az — Kadr Portali 26.08.2026