Inci Group Of Companies — Vakansiya
Vakansiya · kadr.az
AI və Biznes Analitikası üzrə Mütəxəssis
Inci Group Of Companies
Razılaşma
kadr.az
Elan #21057
11.08.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
İnformasiya Texnologiyaları
İT mütəxəssisi
Təhsil
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
11.08.2026
Bitmə tarixi
10.09.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
samir.mammadov@inci.az
Veb sayt
www.inci.az
İş barədə məlumat

Şirkətin maliyyə, satış və əməliyyat göstəricilərinin təhlili, məlumatların vahid sistemdə konsolidasiyası və rəhbərliyin qərarvermə prosesini dəstəkləyən interaktiv Dashboard və hesabatların hazırlanması üçün AI və Biznes Analitikası üzrə Mütəxəssis axtarırıq.

Bu vəzifədə çalışan şəxs CEO ilə birbaşa əməkdaşlıq edərək biznes göstəricilərini analiz edəcək, əsas KPI-ları izləyəcək və AI alətlərindən istifadə etməklə hesabatlılıq və analiz proseslərinin avtomatlaşdırılmasına töhfə verəcək.

  • Müxtəlif departamentlərdən daxil olan məlumatların toplanması, təmizlənməsi, strukturlaşdırılması və birləşdirilməsi;
  • Maliyyə, satış və əməliyyat məlumatlarının analizi;
  • CEO və rəhbərlik üçün interaktiv və dinamik Dashboard-ların hazırlanması;
  • KPI, ROI və digər əsas biznes göstəricilərinin monitorinqi;
  • Biznes nəticələrində yaranan dəyişiklikləri, riskləri və inkişaf imkanlarını müəyyənləşdirmək;
  • Müntəzəm və ad-hoc analitik hesabatların hazırlanması;
  • ChatGPT, Claude, Gemini və digər AI alətlərindən istifadə etməklə analiz və hesabatlılıq proseslərinin optimallaşdırılması;
  • Təkrarlanan analitik proseslərin avtomatlaşdırılması və işin effektivliyinin artırılması;
  • Məlumat əsasında rəhbərliyə əsaslandırılmış nəticə və təkliflərin təqdim edilməsi.

İş şəraiti

  • İş rejimi: 5 gün saat 08.30-17.30
  • İş yeri: Bakı şəhəri Ulduz metrosu yaxlnlığı (servis var)
  • Əməkhaqqı: Razılaşma yolu ilə
Namizədlərə tələblər
  • Biznes analitikası, data analitikası və ya əlaqəli sahədə 1+ il iş təcrübəsi;
  • Power BI, Tableau və ya Looker Studio alətlərindən biri ilə sərbəst işləmə bacarığı;
  • Excel / Google Sheets üzrə yaxşı biliklər – mürəkkəb düsturlar, Pivot Table və analitik modelləmə;
  • AI alətlərindən (ChatGPT, Claude, Gemini və s.) aktiv və effektiv istifadə bacarığı;
  • Prompt Engineering üzrə anlayış və praktik tətbiq bacarığı;
  • Analitik və sistemli düşünmə qabiliyyəti;
  • Məlumatları təhlil edərək nəticələri sadə və anlaşılan formada təqdim etmək bacarığı;
  • Detallara diqqət və yüksək öyrənmə qabiliyyəti.

Təcrübəsi az olan namizədlər üçün

  • Əgər böyük iş təcrübəniz yoxdursa, lakin Power BI, Excel və AI alətlərindən istifadə edərək hazırladığınız fərdi layihələriniz, Dashboard-larınız və ya portfolio nümunələriniz varsa, müraciət etməyinizi tövsiyə edirik.
  • Bizim üçün yalnız əvvəlki iş təcrübəsi deyil, analitik düşüncə, praktiki bacarıq, öyrənmə sürəti və yeni texnologiyalardan effektiv istifadə etmək bacarığı əsas meyarlardandır.

CV-nizi və varsa Dashboard / Power BI / Excel / AI layihələrinizdən portfolio nümunəsini mövzu hissəsində “AI və Biznes Analitikası üzrə Mütəxəssis” qeyd etməklə samir.mammadov@inci.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

kadr.az — Kadr Portali 11.08.2026