“UĞUR İNDUSTRY” MMC — Vakansiya
Vakansiya · kadr.az
Kimya müəllimi
“UĞUR İNDUSTRY” MMC
Razılaşma
kadr.az
Elan #20989
04.08.2026

Əsas məlumatlar
Şəhər
Xırdalan
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Təhsil və Elm
Digər
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elan tarixi
04.08.2026
Bitmə tarixi
04.09.2026
Əlaqədar şəxs
Banu Anar
Telefon
0502460319
E-mail
info@uguracademy.az
İş barədə məlumat

Uğur İndustry MMC - “Uğur Academy”ə DİM - abituriyent hazırlığı üçün Kimya müəllimi vakansiyası elan edir:

İş yeri: Xırdalan şəhəri

“UĞUR ACADEMY” haqqında qısa məlumat:

“UĞUR ACADEMY” UĞUR İNDUSTRY” MMC tərəfindən həyata keçirilən təhsilə dəstək sosial layihəsidir. Təhsilə marağı olan şəhid, qazi və az sosial təminatlı ailələrin övladları üçün nəzərdə tutulan bu layihənin xərcləri tamamilə şirkət tərəfindən qarşılanır. Burada şagirdlər ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də təmin olunurlar.

Əsas vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən verilən dərs cədvəli proqramına tabe olmaq;
  • Müəyyən intervalda yoxlama imtahanları həyata keçirmək və nəticələri elan etmək;
  • Jurnalları vaxtı vaxtında, düzgün doldurmaq;
  • Sınaq imtahanlarında müşahidəçilik etmək;
  • Sosial fəaliyyətlərdə rol almaq ;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
  • Əmək haqqı: Seçimindən asılı olaraq tam ştat və ya saat hesabı işləmək istəyən müəllimlər üçün nəzərdə tutulan əmək haqqı yüksəkdir. Fərdi keyfiyyətlər xüsusi ilə nəzərə alınır.
  • Ünvan: Xırdalan şəhəri, Z.Tağıyev küç.13
Namizədlərə tələblər
  • Ali təhsil – Kimya müəllimliyi ixtisası üzrə
  • Öz sahəsində savadına güvənən;
  • Peşəkar;
  • Dəqiq;
  • 9,10 və 11- ci sinif şagirdləri, eləcə də problemli və zəif şagirdlərlə işləməyi bacaran;
  • Etik qaydalara riayət edən;
  • Elektron lövhə işlədə bilən və ya öyrənməyə meyilli;
  • MS Office-də sərbəst işləmə bacarığı;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Ünsiyyət qurma və təqdim etmə bacarığı olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Kimya müəllimi” yazaraq info@uguracademy.az ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əlaqə (+994 50) 251 90 20; Qaynar xətt: *0011

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

kadr.az — Kadr Portali 05.08.2026